As­ta­ra şə­hə­rin­də ümum­mil­li li­der Hey­dər Əli­ye­vin ana­dan ol­ma­sı­nın 89-cu il­dö­nü­mü­nə həsr olun­muş ənə­nə­vi V ümum­ra­yon ki­tab bay­ra­mı ke­çi­ri­lib. Ra­yon İc­ra Ha­ki­miy­yə­ti­nin tə­şəb­bü­sü, Mə­də­niy­yət və Tu­rizm Şö­bə­si­nin dəs­tə­yi ilə real­la­şan təd­bir­dən ön­cə iş­ti­rak­çı­lar açıq sə­ma al­tın­da təş­kil olun­muş müx­tə­lif möv­zu­lar­da ki­tab sər­gi­lə­ri ilə ta­nış olub­lar. Ye­ni nəşr­lər, uşaq ədə­biy­ya­tı, “Dün­ya ədə­biy­ya­tı ki­tab­xa­na­sı” se­ri­ya­sı ilə çap­dan çıx­mış ki­tab­lar, Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin sə­rən­ca­mı­na əsa­sən çap olun­muş la­tın qra­fi­ka­lı ədə­biy­yat, As­ta­ra­nın şa­ir və ya­zı­çı­la­rı­nın müx­tə­lif il­lər­də işıq üzü gör­müş ki­tab­la­rı bö­yük ma­ra­ğa sə­bəb olub.
   Təd­bir­də ki­ta­bın in­san hə­ya­tın­da, onun ka­mil­ləş­mə­sin­də oy­na­dı­ğı mə­nə­vi rol­dan da­nı­şı­lıb. Qeyd olu­nub ki, bu gün in­ter­ne­tin və elekt­ron ki­tab­xa­na­nın im­kan­la­rı­nın ge­niş­lən­mə­si­nə bax­ma­ya­raq, bi­lik mən­bə­yi olan ki­ta­ba oxu­cu hə­və­si sən­gi­mə­yib. Bu mə­na­da As­ta­ra­da ki­tab ma­ğa­za­sı­nın açıl­ma­sı­na bö­yük eh­ti­yac du­yul­du­ğu da diq­qə­tə çat­dı­rı­lıb.