Ağstafa şəhərindəki Yazıçılar evində Xalq şairi Hüseyn Arifin xatirəsinə həsr olunmuş gecə keçirilib. Çıxış edənlər Hüseyn Arifin Azərbaycanın şeir sənətinə verdiyi töhfələrdən və onun vətənpərvərlik ruhunda yazdığı şeirlərin gələcək nəsillərin təlim-tərbiyəsində müstəsna əhəmiyyətindən danışıblar. Xalq şairinin qızı Zöhra Hüseynzadə, şairə Cığatel İsaqızı, şair Bilal Qoca, Saqif Qaratorpaq, yazıçı-publisist Firdovsi Heydərli və başqaları XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsinin həyat və yaradıcılığından söhbət açıblar.
   Gecədə Hüseyn Arifin sözlərinə bəstələnmiş mahnılar ifa olunub.