Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi yeni mövsümə başlayır. Teatrın direktoru Faiq Qardaşov bildirib ki, kollektiv sentyabrın 27-də görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Hekayəti-xırs-quldurbasan” komediyası ilə tamaşaçıların görüşünə gələcək.
   Teatrın 22 nəfərdən ibarət kollektivi Qusar şəhərindəki mədəniyyət sarayında tamaşanın məşqlərini davam etdirir. Yeni mövsümdə teatrda bir neçə tamaşanın səhnələşdirilməsi nəzərdə tutulub. Bu ilin oktyabrında isə kollektiv Bakıda çıxış edəcək.
   Teatrın əməkdaşı Tamara Məmmədova yeni mövsümün başlanması ərəfəsində Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.