Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində türkiyəli rəssam Tamer Tuğrulun fərdi sərgisi təşkil edilib.
Açılış mərasimində Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Türkiyənin Naxçıvandakı Baş konsulu Əli Rza Akıncı, muxtar respublikanın mədəniyyət və turizm naziri Sarvan İbrahimov və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri İsmayıl Hacıyev çıxış edərək sərginin əhəmiyyətindən danışıblar.
Qeyd edilib ki, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsində incəsənət mühüm rol oynayır. Türkiyə Cümhuriyyəti və Naxçıvan Muxtar Respublikası arasında digər sahələrdə olduğu kimi, incəsənət sahəsində də qarşılıqlı əlaqələr qurulub. Çıxış edənlər Tamer Tuğrulun rəsmlərini Türkiyə təsviri incəsənətində xüsusi yeri olan əsərlər kimi, yüksək qiymətləndirib.