Martın 4-də Neftçala rayon MKS-nin uşaq şöbəsinin kitabxanaçıları Neftçala şəhər Elton Həbibov adına 4 saylı orta məktəbdə “Yubilyar qəhrəmanlar” mövzusunda mühazirə-tədbir keçiriblər. Şöbənin işçiləri V.Bağırova, Y.Qafarova məktəbin 5 “A” sinfinin şagirdlərinə Azərbaycanın müstəqilliyi uğrunda öz canlarını fəda edən igid oğullar haqqında məlumat verib, bu il yubileyləri qeyd olunan Milli Qəhrəmanlar Elşad Məmmədov, Faiq Rəfiyev, Tahir Həsənov, Məzahir Rüstəmov, Bəhruz Mansurov və İxtiyar Qasımovun həyat yolundan söz açıblar.
Şagirdlər Milli Qəhrəmanlar haqqında slaydlara baxıb, Vüqar Əsgərovun “Azərbaycanın Milli Qəhrəmanları”, Knyaz Miskinlinin “Ot kökü üstə bitər”, Yəhya Canıyarın “Turan Mübarizi”, Azərbaycan Milli Kitabxanasının nəşri olan “Azərbaycanın Milli Qəhrəmanları” və s. kitablarla tanış olublar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar