Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Novruz bayramı ərəfəsində folklor kollektivlərinin ənənəvi baxış-müsabiqəsi və “Novruz gözəli-2015” müsabiqəsinin yekun turu keçirilib. Fevralın 15-dən başlayan zona turlarında münsiflər heyəti tərəfindən seçilən mədəniyyət evləri və klubların 17 folklor kollektivi və 12 gənc qız qatılıb.
Folklor kollektivlərinin baxış müsabiqəsində Qax şəhər 2 saylı Mədəniyyət evinin kollektivi I, Zəyəm kənd Mədəniyyət evinin kollektivi II, İlisu kənd Mədəniyyət evinin kollektivi III yerə layiq görülüb.
“Novruz gözəli-2015” müsabiqəsində isə Məhərrəmli Həlimə I, Şabanova Məryəm II, İbrahimova Nazpəri III yeri tutub. Müsabiqə qalibləri Mədəniyyət və Turizm Şöbəsinin fəxri fərmanları və qiymətli hədiyyələrlə mükafatlandırılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar