Salyanda fəaliyyət göstərən “Ana Kür” İctimai Birliyi “Yeniyetmə və gənclərin radikal meyllərdən və zərərli vərdişlərdən çəkindirilməsində asudə vaxtın səmərəli təşkilinə dəstək” adlı layihə icra edir. Layihə çərçivəsində Salyan rayonunun şəhər və kənd məktəblərində dəyirmi masaların təşkili, yeniyetmə və gənclərin bölgələrə mədəni turlarının təşkili nəzərdə tutulub.
Bu sırada ilk olaraq Lənkəran şəhərinə mədəni tur təşkil edilib. Tur iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun ev-muzeyində olublar, həmçinin Hirkan Milli Parkında qorunan təbiət abidələri barədə məlumat alıblar.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar