Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Tovuz arxeoloji ekspedisiyası yeni çöl-tədqiqat araşdırmalarına başlayıb.
İnstitutdan bildiriblər ki, iyulun əvvəlindən rayondakı neolit abidələrində tədqiqatlar aparan Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyası fəaliyyətə başlayıb. Bizim eradan əvvəl VI minilliyə aid olan Menteş qədim yaşayış yerini tədqiq edən arxeoloqların birgə ekspedisiyası səkkiz il ərzində fəaliyyət göstərib. Fransa tərəfindən ekspedisiyanın həmrəhbəri professor Bertille Lyonnet və antropologiya, geomorfologiya və mikromorfologiya, restavrasiya, trassologiya və digər ixtisaslar üzrə daha 12 fransalı mütəxəssisdən ibarət ekspedisiyanın cari araşdırma mövsümü isə tədqiqatların son mərhələsi olacaq.
Gələn il səkkiz ildə aparılan arxeoloji araşdırmaların nəticələrinə dair elmi monoqrafiyanın çap olunması nəzərdə tutulub.
Tovuz arxeoloji ekspedisiyası növbəti illərdə bölgədə tədqiqatlarını Göytəpə və Hacıəlləmxanlı kimi neolit dövrü qədim yaşayış yerlərində Tokio Universitetinin arxeoloqları ilə birgə davam etdirəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar