İyulun 15-də Mingəçevir Şəhərinin Tarixi Muzeyinin yeni binasının təmir-bərpa və rekonstruksiya işlərindən sonra açılış mərasimi keçiriləcək.

Ölkə Prezidentinin “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli sərəncamı və 2009-cu il 22 may tarixli 292 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı”nın icrası paytaxtla yanaşı, regionlarda müasir tipli yeni muzeylərin təşkilinə şərait yaradıb. Xaçmaz, Saatlı, Füzuli, Şamaxı, Lənkəran, Quba və digər rayonlarda fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyləri mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarını genişləndirir. Respublikaya turist axınının artması muzeylər tərəfindən mədəni irsimizin təbliği işinin gücləndirilməsinə zəmin yaradır.
Mingəçevir Şəhərinin Tarixi Muzeyi 1968-ci il yanvarın 11-də M.Davudova adına Mingəçevir Dram Teatrının binasının bir otağında, 50 eksponatla fəaliyyətə başlayıb. Muzey işçilərinin əməyi nəticəsində hazırda muzeyin fondu 15 mindən artıq eksponat təşkil edir. 1985-ci ildə muzey 9 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində uyğunlaşdırılmış sahəyə köçürülüb və 2013-cü ilədək həmin binada fəaliyyət göstərib.
2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Mingəçevir Şəhərinin Tarixi Muzeyi yeni binaya köçürülüb. Nazirlik tərəfindən burada təmir, bərpa, rekonstruksiya işləri aparılıb və yeni ekspozisiyanın bədii tərtibat işləri həyata keçirilib. Muzeyin ekspozisiyası iki əsas bölmədən - qədim Mingəçevir və müasir Mingəçevir bölmələrindən ibarətdir.
Muzey gələcəkdə regionun mədəni həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, turizm potensialının genişləndirilməsinə də xidmət edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar