Qazax rayon MKS-nin Uşaq kitabxanasında “Nağıl otağı” və “Suvenirlər otağı” uşaqların istifadəsinə verilib.
“Nağıl otağı”nda Azərbaycan və dünya uşaq ədəbiyyatı ilə yanaşı, elektron nəşrlər, “danışan kitablar”, müxtəlif nağıl qəhrəmanlarını əks etdirən oyuncaqlar və milli geyimlər nümayiş etdirilir. Uşaqların internetdən istifadə etməsi üçün şərait yaradılıb. “Nağıl otağı”nda müxtəlif tədbirlər, bilik yarışmaları keçirilir.
İyulun 22-də Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr edilmiş “Şirindir ana dilim!” adlı uşaq səhərciyi keçirilib. Tədbirdə şəhər 4 saylı uşaq bağçasının uşaqları və fəal oxucular iştirak edib.
Əvvəlcə MKS-nin direktoru Solmaz Babanlı əlamətdar günün tarixi barədə məlumat verib. Bildirib ki, ulu öndər Heydər Əliyevin fərmanı ilə 2001-ci il avqustun 1-də Azərbaycanda latın qrafikalı əlifbaya keçid başa çatdırılıb. Heydər Əliyev latın qrafikalı əlifbanın tətbiqinin ölkənin siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq bu tarixin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilməsi barədə fərman verib.
Tədbirdə uşaq şöbəsinin fəal oxucuları şeirlər söyləyiblər. Azərbaycan nağılları əsasında hazırlanan səhnəciklər, viktorinalar uşaqların marağına səbəb olub. Sonda uşaqların ifasında milli rəqs nümunələri göstərilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar