Avqustun 12-də İsmayıllı şəhərindəki Heydər Əliyev adına parkda Mədəniyyət və Turizm
Nazirliyi və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə konsert proqramı təşkil olunub.
Rayon ictimaiyyətinin asudə vaxtının səmərəli təşkili məqsədilə hazırlanan proqramda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Səbuhi İbayev, muğam müsabiqəsinin laureatı Kəmalə Nəbiyeva, müğənni Vaqif Şıxəliyev bir-birindən maraqlı ifalar təqdim ediblər.
Xanəndələrin ifası tamaşaçıların ruhunu oxşayıb, sürəkli alqışlarla qarşılanıb. İctimaiyyət nümayəndələri konsertə görə təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar