Qəbələ təkcə təbii mənzərələri ilə deyil, eyni zamanda xalq sənəti nümunələri ilə turistlərin və qonaqların diqqətini cəlb edir.
Rayonun Vəndam qəsəbəsinin sakini, ağac üzərində möcüzə yaradan Şahin Rəhimovun əsərləri görənləri heyrətə salır. Usta sənətinin sirlərini yaxınlarına da öyrədir. O, deyir: "Maraqlı sənətdir, cavanların bilməsi vacibdir. Bu sənət həm də ömürlük qazanc mənbəyidir. Qoy nəsildən-nəslə keçsin, itməsin".
Şahin Rəhimov əlinə düşən yararsız qoz və şabalıd ağacından qiymətli bir əşya düzəldir. Bu, suvenir, məişət əşyası, milli atribut və ya hansısa şirkətin loqosu ola bilər. Ustanın ağac üzərində oyma üsulla yaratdığı qartal, stol, qlobus, mücrü, nərd, güldan, Azərbaycanın xəritəsi, kitab, minarə və yüzlərlə bu cür suvenir göz oxşayır.
1995-ci ildən bu sənətlə məşğul olan Şahin Rəhimov müxtəlif mükafatlara layiq görülüb. Respublikada keçirilən xalq sənətkarlığı sərgilərinin demək olar ki, hamısında onun əl işləri nümayiş etdirilir. Şahin usta hazırladığı fiqurları turistlərə satmaq üçün Bakı-Qəbələ-Şəki avtomobil yolunun kənarında, Vəndam qəsəbəsindəki evinin qarşısında kiçik bir dükan açıb. Hazırladığı bütün əşyaların onun üçün əziz olduğunu, bəzilərini hətta satmağa əli gəlmədiyini deyir.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar