Qax rayonu Qum kənd sənətkarlıq evində kənd kitabxanası ilə birgə uşaqların yay tətili günlərində asudə vaxtın təşkili məqsədilə “Dünya xalqlarının nağılları qonağımızdır” adlı tədbir keçirilib.
Nağıllar aləminə səyahət edən uşaqlar yaddaşlarını bir daha təzələyiblər, sevdikləri nağıllar, nağıl qəhrəmanları haqqında danışıblar. Balacalar aparıcının “Bu əşya hansı nağıl qəhrəmanlarına məxsusdur”, “Bu kəlmə hansı nağıldandır”, “Bu ad hansı nağıldadır” kimi sualları həvəslə cavablandırıblar.
Tədbirdə iştirak edən valideynlər təşkilatçılara təşəkkürlərini bildirərək uşaqların mütaliəyə marağının artırılmasında nağılların rolunu xüsusi vurğulayıblar. Uşaqlar sonda “Basat və Təpəgöz”, “Cırtdanın nağılı” və “Qırmızı papaq” cizgi filmlərinə tamaşa ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar