Sentyabrın 7-dən Quba rayon MKS-nin təşkilatçılığı ilə Bəşir Səfəroğlu adına rayon Mədəniyyət mərkəzinin qarşısında, açıq havada “Mütaliə həftəsi” adlı aksiya keçirilir.
Oxucuların kitaba və kitabxanaya olan maraqlarını daha da artırmaq məqsədilə və ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan aksiyada “Bəxtiyar Vahabzadə - 90”, “Zəlimxan Yaqub - 65”, “Fikrət Qoca - 80”, “Seyid Əzim Şirvani - 180”, “Üzeyir Hacıbəyli - 130” və başqa mövzularda sərgilər nümayiş olunur. Burada həmçinin mütaliə masası təşkil edilib, yeni oxucuların kitabxanaya üzv olması üçün müvafiq şərait yaradılıb.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin rəsmisi Tariyel İbrahimov, MKS-nin direktoru Saməddin Nəsirov, Yazıçılar Birliyinin üzvü, “Gülüstan” ədəbi məclisinin sədri, şair, yazıçı-publisist Şıxəmməd Seyidməmmədov və digər çıxış edənlər belə tədbirlərin keçirilməsinin vacibliyindən danışıblar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar