Sentyabrın 8-də Neftçala rayon MKS-nin Dördlər kənd kitabxana filialının azyaşlı oxucuları Mərkəzi kitabxananın uşaq şöbəsində fəaliyyət göstərən “Nağıl otağı”nın qonağı olublar. Burada balaca oxuculara video formatda təqdim olunan müxtəlif nağıllar onların böyük marağına səbəb olub. Daha sonra uşaqlar “Nağıl otağı”ndakı kitab və jurnallara baxıb, istədikləri nəşrləri evdə oxumaq üçün götürüblər.
Rayonun Beşminlik kənd kitabxana filialının azyaşlı oxucuları isə sentyabrın 7-də Mərkəzi kitabxanadakı “Nağıl otağı”nda olublar. Uşaqlar şəkilli kitablara baxıblar. Onlar üçün kompüterdə maraqlı nağıl diskləri qoyulub və uşaqlar böyük maraqla nağılları izləyiblər. Balacalar kitabxanaçılara buraya həmişə gəlmək istədiklərini bildiriblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar