Son vaxtlar Musiqili Komediya Teatrı ilə Sərhəd Qoşunlarının əsgərləri arasında əlaqələr genişlənir. Sərhədçilər tez-tez teatrın müxtəlif tamaşalarına qonaq gəlirlər. Teatrın aktyorları ilə maraqlı görüşlər Vətən müdafiəçilərinin yaddaşında hər zaman şirin bir xatirəyə dönür. Yaxın günlərdə teatr sərhəd bölgələrinə də səfər edəcək və maraqlı tamaşalar göstərəcək. Teatr belə sosial layihələrin həyata keçirilməsinə xüsusi önəm verir. Xatırladaq ki, sentyabr ayında Maştağa qəsəbəsində yerləşən 1 saylı İnternat məktəbində, oktyabr ayında isə Ahıllar Günü ilə əlaqədar olaraq Bilgəh qəsəbəsində yerləşən qocalar evində keçirilən görüşlər, maraqlı konsert proqramları indi də tez-tez xatırlanır. Bizimlə söhbət zamanı teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi Əliqismət Lalayev bu sosial layihələrin mütləq davam etdiriləcəyini qeyd etdi. Günel AbbaszadƏ