«Çinar-Çap» nəşriyyatı görkəmli alim, sənətşünas, professor İnqilab Kərimovun «Bakı Bələdiyyə Teatrı» kitabını çap etmişdir. Kitab görkəmli mədəniyyət xadimi, xalq artisti, Dövlət Mükafatı laureatı, Bakı Bələdiyyə Teatrının direktoru Amaliya Pənahovanın yaradıcılığı və rəhbərlik etdiyi teatrın fəaliyyətindən bəhs edir. Müəllif Bələdiyyə Teatrının mərhələli inkişaf yollarını və orada çalışan sənətkarların yaradıcılıqlarını geniş təhlil etmişdir. Kitabda həmçinin teatrın repertuarında olan tamaşaların siyahısı, teatrda fəaliyyət göstərən peşəkar aktyorların qastrol səfərlərindən və ayrı-ayrı tamaşalardan fotoşəkillər də öz əksini tapıb. Nisə Rafiqqızı