Dövlət “Yuğ” Teatrında yeni tamaşanın məşqləri gedir. Böyük rus yazıçısı Anton Çexovun "Albalı bağı" pyesinin motivləri əsasında hazırlanan tamaşa "Birinci akt" adlanır. Tamaşaya teatrın baş rejissoru və bədii rəhbəri Vaqif İbrahimoğlu quruluş verir. Əsər üzərində teatrın əksər aktyorları məşqlər edirlər. Teatrdan aldığımız məlumata görə, yaradıcı heyət tamaşanı fevral ayının ortalarında təhvil verməyi nəzərdə tutur.

Aliyə