Bakı Kamera Teatrı İranda keçirilən beynəlxalq teatr festivalından qayıdıb. Yanvar ayının son həftəsində “Fəcr” beynəlxalq festivalında iştirak edən teatr Cənnət Səlimovanın quruluş verdiyi «Qodo həsrətində» (Semuel Bekket) tamaşasını İran teatrsevərlərinə təqdim edib. Qaydaya görə festivalda ilk dəfə iştirak edən teatrın təqdim etdiyi tamaşa müsabiqədən kənar olmalıdır. İran teatrsevərləri tərəfindən maraqla qarşılanan «Qodo həsrətində» tamaşası da müsabiqədən kənar göstərilib.