Fevralın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cokkomo Puççininin «Toska» operasının tamaşası keçiriləcək.
   Klassik opera sənətinin ən dəyərli nümunələrindən biri olan bu tamaşa uzun illərdir ki, teatrın repertuarındadır.
   Opera səhnəmizin ən parlaq ulduzlarından olan xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, Prezident mükafatçısı Qərinə Kərimova operada baş rolun - Toskanın professional ifaçılarındandır. Yeri gəlmişkən qeyd edək ki, Qərinə xanım 2003-cü ildə Rusiya Akademik Böyük Teatrının səhnəsində Toska partiyasını çox böyük uğurla ifa edib. Elə bu dəfə də tamaşaçılar Toskanı opera ulduzumuzun ifasında dinləyəcək və seyr edəcəklər.
   Teatrın mətbuat xidmətindən aldığımız məlumata görə, operasevərlər tamaşada ilk dəfə olaraq opera və vokal sənətimizin ən istedadlı sənətkarlarından biri, xalq artisti Azər Zeynalovu görə biləcəklər. O, tamaşada ilk dəfə aparıcı partiyalardan birini - Kavaradossi partiyasını ifa edəcəkdir. Qeyd etmək lazımdır ki, son illərdə səhnəmizdə vokal səhnə texnikası cəhətdən çox mürəkkəb olan bu partiyanın layiqli ifaçısı olmadığından teatr rəhbərliyi həmin partiyanı ifa etmək üçün bir qayda olaraq başqa ölkələrdə tanınmış qastrolçular dəvət edirdi. İstər milli, istərsə də klassik opera tamaşalarında Balaş («Sevil»), Əsgər («Arşın mal alan»), Xasay xan («Natəvan»), Məşədi İbad («O olmasın, bu olsun»), Kanio («Payatsi»), Alfred («Traviata») və digər parlaq rollar ifa edən opera sənətkarımız Azər Zeynalov xeyli müddətdən bəri bu partiya üzərində gərgin çalışırdı.
   Teatr rəhbərliyi, həmçinin yeni solistləri tamaşaya daxil etmək, onları aktyor ifaçılığı cəhətdən professional səviyyədə hazırlamaq və xor kollektivi ilə məşğul olmaq məqsədilə Sankt-Peterburqun Mariinski Teatrının təcrübəli və tanınmış rejissoru, Rusiyanın xalq artisti Aleksandr Petrovu Bakıya dəvət edib.
   Onu da qeyd edək ki, opera tamaşasını Sankt-Peterburq Dövlət Simfonik Orkestrinin dirijoru Arkadi Şteynluxt idarə edəcək.   

Həmidə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar