Martın 1-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında «Yaşıl teatr» Konsert Kompleksi nəzdindəki «Günay» uşaq teatrı Hofmanın «Şelkunçik və siçanlar kralı» nağılı əsasında hazırlanmış «Şelkunçik» tamaşasını təqdim edəcək. Tamaşanın quruluşçu rejissoru və ssenari müəllifi «Günay» uşaq teatrının bədii rəhbəri Larisa Tarusova, xoreoqrafı isə Günəş Talıbovadır. Qeyd edək ki, 2008-ci ilin iyulunda Moskvada keçirilən X Ümumdünya uşaq teatrları festivalında da «Günay» uşaq teatrı «Şelkunçik» tamaşası ilə çıxış edərək diploma layiq görülmüşdü.