Xəbər verildiyi kimi, mayın 5-dən 15-dək I Azərbaycan Universitetləri Teatr Festivalı keçiriləcək. Sözügedən layihənin koordinatoru Azərbaycan Dövlət “Yuğ” Teatrının rejissoru, Bakı Slavyan Universiteti və Azərbaycan Dillər Universitetinin teatr klublarının rəhbəri Rasim Açındır.
   “Biz həvəskarıq” adı altında keçirilən festival Bakı Slavyan Universiteti və Azərbaycan Dillər Universitetinin akt zallarında təşkil olunacaq. Festival gənclərdə teatra maraq oyatmaq məqsədi daşıyır. İstedadını nümayiş etdirmək istəyən gənclər və teatr təşkilatları sənədlərini aprelin 20-nə kimi təqdim etməlidirlər. Onu da qeyd edək ki, festivalın davamlı keçirilməsi nəzərdə tutulur.

   ELMİN