Ötən həftə Bakı Uşaq Teatrında yeni tamaşaya daxili baxış keçirilib. Salman Qaraçöplünün eyniadlı pyesi əsasında «Sehrli çarıqlar» tamaşasında uşaqların ana dilinə, milli mədəniyyətə biganəliyi pislənilir, milli-mənəvi dəyərlərə hörmət hissi aşılanır. Zaur Şirməmmədlinin quruluş verdiyi “Sehrli çarıqlar”nın rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahimov, bədii rəhbəri isə teatrın direktoru İntiqam Soltandır. Səhnə əsərində aktyorlardan Ruslan Mürsəlov, Cavanşir Məhərrəmov, Könül Şahbazova, Elnur Əliyev, Asya Atakişiyeva, Mehman Dilqəmoğlu, Nəcəf Məmmədov və başqaları iştirak edir.
   Yeni tamaşa yaxın günlərdə teatrsevərlərə təqdim ediləcək.