Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatları laureatı Lütfəli Abdullayevin 95 illiyi onun uzun illər calışdığı Dövlət Musiqili Komediya Teatrında qeyd edilib. Tamaşaçılara “ O olmasın, bu olsun” ,“Ulduz”, “Əhməd haradadır?” və başqa filmlərdən tanış olan Lütfəli Abdullayev eyni zamanda Musiqili Komediya Teatrında “Hacı Kərimin aya səyahəti”, “Beş manatlıq gəlin”, “Toy kimindir?”,” Durna”,” Gözün aydın”,” Özümüz bilərik”,” Olmadı elə, oldu belə”, “Arşın mal alan” kimi əsərlərdə unudulmaz obrazlar qalereyası yaratmışdır.  

 Aktyorun “ O olmasın, bu olsun” komediyasında ifa etdiyi əvvəl Hambal, daha sonralar isə Məşədi İbad surətləri də Azərbaycan teatr tarixinin salnaməsinədə xüsusi yer tutur.
   Martın 22-də Lütfəli Abdullayevin 95 illik yubileyi münasibəti ilə aktyorun doğma teatrında onun şərəfinə dahi Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” komediyası göstərilib. Tamaşadan öncə sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə sevimli aktyor haqqında çıxış edib, onun zəngin həyat və yaradıcılığını bir daha tamaşacılara xatırlatdı.
   Yubiley tamaşasında çıxış edən xalq artistləri Afaq Bəşirqızı və Arif Quliyevi, əməkdar artist Ramiz Məmmədovu , gənc aktyorlar Fərid Əliyev, İnarə Babayeva və Səmədzadə Xasıyevi alqışlarla qarşılayıblar.
   Teatrın foyesində nümayiş etdirilən Lütfəli Abdullayevə həsr olunmuş sərgi də tamaşaçılarda maraq doğurub.
  
   Ağca Muxtarova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar