Akademik Milli Dram Teatrında görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin “Şeyda” əsəri üzərində son məşqlər gedir. 1922-ci ildən sonra bu tamaşa ilk dəfədir ki, yeni yozumda teatrın baş rejissoru, xalq artisti M.Fərzəlibəyov tərəfindən hazırlanır. Tamaşanın qəhrəmanı gənc şair Şeyda öz şeirləri ilə mübarizəyə girir. Onun yazdığı əsərlər Rusiyanı lərzəyə gətirir. İnqilab fonunda baş verən məhəbbət və dramatik hadisələri Hüseyn Cavid özünəməxsus dərin psixoloji məharətlə təsvir edir. Tamaşada xalq artisti H.İsmayılov, əməkdar artistlər S.Məmmədov, S.İbrahimov, K.Abdullayev, F.Xudaverdiyev, M.Hacıbəyov, S.Əliyeva, M.Aslanqızı, aktyorlar Ə.Babayeva, A.Heybətov, A.Şirinov, R.Kərimduxt, Mirzə Ağabəyli, Əlvida Cəfərov, Dilarə Nəzərova, Sərdar Rüstəmov, Elnar Qarayev, S.Məmmədova iştirak edirlər. Quruluşçu rəssam əməkdar incəsənət xadimi A.Əliyev, bəstəkar əməkdar incəsənət xadimi E.Mansurov, elmi məsləhətçi akademik N.Cəfərovdur.
   Tamaşanın premyerası aprelin 16-da Akademik Opera və Balet Teatrının binasında keçiriləcək.