S.Vurğun adına Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovskinin quruluşunda Anton Çexovun “Qağayı” əsəri üzrə hazırlanan eyniadlı tamaşa aprelin 3-də Sankt-Peterburqda nümayiş etdiriləcək. Tamaşa MDB və Baltikyanı ölkələrin teatrlarının “Rusiyada görüşlər” XI Beynəlxalq festivalı çərçivəsində "Baltik Evi" teatrında göstəriləcək. Tamaşada xalq artistləri F.Poladov, S.Mirzəhəsənov, Y.Baliyev, əməkdar artistlər N.Baliyeva, B.Lukinski iştirak edirlər. Arkadina rolunu N.Şarovskaya, gənc qəhrəmanları T.Rəhimov (Konstantin Treplev), N.Hacıyeva (Nina Zareçnaya), N.Pışkina (Maşa) və E.Tahirov (Medvedenko) oynayacaqlar.