Sumqayıtın 60 illiyinə həsr olunan mədəni proqram çərçivəsində H.Ərəblinski adına Dövlət Musiqili Dram Teatrı Bakıda “Xilaskar” tamaşasını təqdim edib. Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında nümayiş etdirilən tamaşa tanınmış dramaturq Aqşin Babayevin sənədli pyesi əsasında hazırlanıb. Tamaşada 20-ci əsrin sonlarında Azərbaycanda baş verən real hadisələr təsvir edilir. Sumqayıt teatrının baş rejissoru, əməkdar artist Firudin Məhərrəmovun quruluş verdiyi əsər dördüncü mövsümdür nümayiş olunur.