Azərbaycanda ilk dəfə təşkil olunacaq Teatr Festivalında respublikanın 14 teatr kollektivi iştirak edəcək. Festival iyunun 23-dən 28-dək davam edəcək.
   Gəncə Dövlət Dram Teatrından aldığımız məlumata görə, festivalda respublikanın müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən 14 teatrın (Akademik Milli Dram Teatrı, Gənc Tamaşaçılar, Musiqili Komediya, Bələdiyyə, Naxçıvan, Qazax, Şəki, Lənkəran, «Yuğ», Pantomim və s.) kollektivi iştirak edəcək.
   «Bir gün ərzində teatrsevərlərə 2-3 tamaşa göstəriləcək. Tamaşalar Gəncə Dövlət Dram Teatrının səhnəsində nümayiş olunacaq. 382 nəfərlik tamaşaçı tutumu olan teatra giriş dəvətnamə ilədir».
   Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən festival altı gün davam edəcək. Mədəniyyət və Turizm Nazirliyi tədbirin bütün maliyyə xərclərini öz üzərinə götürüb. Teatr Festivalının hər iki ildən bir təşkil olunması nəzərdə tutulur.