Azərbaycan Dövlət Musiqili Komediya Teatrının mətbuat xidmətindən verilən xəbərə görə, yaradıcı kollektiv mövsümü iyulun 12-də Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsəri əsasında xalq artisti, rejissor Cənnət Səlimovanın quruluşunda hazırlanmış eyniadlı tamaşa ilə bağlayacaq.
   Əsas rollarda xalq artistləri Afaq Bəşirqızı, Arif Quliyev, əməkdar artist Ramiz Məmmədov, aktyorlardan Nərgiz Kərimova, Fərid Əliyev və başqaları çıxış edəcəklər. Tamaşanın quruluşçu rəssamı, əməkdar rəssam İsmayıl Məmmədov, baletmeysterləri Zakir və Yelena Ağayevlərdir.