Dekabrın 22-də N. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının kollektivi Bakıya qastrol səfərinə gələcək teatr truppası səfər çərçivəsində Aktyor Evində paytaxt sənətsevərlərinə Arif Mədətovun “Sezarın qətli” əsərinin tamaşasını göstərəcək.
   Rolları aktyorlar Əlibala Əsgərov, Qızılgül Quliyeva, Adil Zeynalov, Sücəddin Mirzəyev, Allahverən Babayev, Elnur Əkbərov və başqaları ifa edəcəklər. Səhnə əsərinin quruluşçu-rejissorları əməkdar incəsənət xadimi Baba Rzayev və İslam Səfəroğlu, rəssamı Məmmədyar Cəfərov, musiqi tərtibatçısı Fəraim Fərəcovdur.