Azərbaycan Dövlət Musiqili Komediya Teatrı İranda keçirilən 27-ci “Fəcr” beynəlxalq festivalına dəvət olunub. Bu barədə teatrdan məlumat verilib. Yanvarın 22-23-də teatrın kollektivi Tehranın böyük teatrlarından biri olan “Talari Vəhdəd” səhnəsində “Məşədi İbad” tamaşası ilə çıxış edəcəklər. Teatr öncədən bu tamaşa ilə bağlı olan video və foto materialları festivala təqdim edib. Tamaşada baş rolları xalq artisti Afaq Bəşirqızı, əməkdar artist Ramiz Məmmədov, Ramil Qasımov, Nadir Xasıyev, Nərgiz Kərimova və başqaları ifa edirlər.