Azərbaycan Uşaq Teatrı yazıçı-dramaturq Elçin Hüseynbəylinin uşaqlar üçün qələmə aldığı yeni tamaşanı səhnələşdirəcək. Tamaşa “Şirek Azərbaycana gəlir” adlanır. Bu barədə Azərbaycan Yazıçılar Birliyindən (AYB) məlumat verilib. Məşhur nağıl qəhrəmanı olan Şirek əsərdə Azərbaycanın nağıl qəhrəmanları ilə bir səhnədə çıxış edəcək. Tamaşa komediya janrında yazılıb. Qeyd edək ki, tamaşanın rejissoru Uşaq Teatrının direktoru, rejissor İntiqam Soltandır.