Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı Türkiyənin Antalya şəhərində keçiriləcək beynəlxalq teatr festivalına dəvət alıb. Teatrın direktoru İslam Həsənovun verdiyi məlumata görə, apreldə keçiriləcək festivalda yaradıcı kollektiv macar dramaturqu Mikloş Xubainin “Şeytanın oyunları” və xalq yazıçısı Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” tamaşalarını göstərəcək.