Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının kollektivi Bakıda keçirilən Milli Teatr Festivalı çərçivəsində Aktyor evində xalq şairi Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” komediyasını nümayiş etdirib. Tamaşanın quruluşçu rejissoru Adil Zeynalov, quruluşçu rəssamı Məmmədyar Cəfərov, musiqi tərtibatçısı isə Fərahim Fərəcovdur. Səhnə əsərində baş rolları Eynəli Nurullayev, Sücəddin Mirzəyev, Qızılgül Quliyeva, Zemfira Nəcəfova və başqaları oynayırlar.
   Qeyd edək ki, xalq yazıçısı Elçinin “Ölüm hökmü” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın nümayişi ilə start götürən festivalda respublikada fəaliyyət göstərən 27 teatr iştirak edir. Teatr tədbirinə noyabrın 9-da yekun vurulacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar