Qax Dövlət Kukla Teatrı iyunun 4-dən 9-dək Estoniyanın paytaxtı Tallinndə keçiriləcək Beynəlxalq kukla teatrları festivalına dəvət olunub. Teatrın direktoru Nazim Mahmudov bildirib ki, yaradıcı kollektiv festivalda rus xalq nağılı əsasında hazırlanmış “Qoğal” tamaşası ilə çıxış edəcək. Xatırladaq ki, Qax Kukla Teatrı keçən ilin mayında da Estoniyanın Vilyandi şəhərində keçirilən beynəlxalq kukla teatrları festivalında Azərbaycanı təmsil etmişdi.