Akademik Milli Dram Teatrının kollektivi italiyalı yazıçı Eduardo de Flipponun "Oğru cənnətdə" əsəri əsasında hazırlanan tamaşa üzərində məşqlər aparır. 
   Bu barədə tamaşanın rejissoru Xatirə Şirəliyeva məlumat verib. Onun sözlərinə görə, əsər sosial komediyadır. Tamaşada hadisələr ötən əsrin 50-60-cı illərində İtaliyada cərəyan edir. Səhnə əsərinin mövzusu müharibənin ağır nəticələrinə dözə bilməyən zəif iradəli insanlardan bəhs edir. "Oğru cənnətdə" tamaşasında rolları Anar Heybətov, Əsgər Məmmədoğlu, Məzahir Cəlilov, Rəşad Bəxtiyarov, Elnur Qədirov, İradə Həsənova, Kazım Abdullayev və başqaları ifa edirlər. Tamaşa gələn ayın əvvəllərində teatrsevərlərə təqdim olunacaq.