Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti aprelin 28-də yeni premyerasını - Aqata Kristinin əsəri əsasında “Tələ” tamaşasını təqdim edəcək.
   Teatr Xadimləri İttifaqının tamaşa salonunun səhnəsində göstəriləcək əsərin quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, bəstəkarı Aydın Əzimovdur. Teatrdan bildirilib ki, «Tələ» tamaşasında baş rolları xalq artistləri Zərnigar Ağakişiyeva, Ramiz Məlik, Rafiq Əzimov və başqaları oynayacaqlar. Xatırladaq ki, əsəri Azərbaycan dilinə Şaiq Cabiroğlu tərcümə edib.