Gənc Tamaşaçılar Teatrı iyunun 3-dən 9-dək Krımda baş tutacaq Antik İncəsənət Festivalında iştirak etməyə hazırlaşır. Bu barədə qəzetimizə teatrın truppa müdiri Ələsgər Muradxanlı məlumat verib. Teatr festivalda «Ezop» səhnə əsəri ilə iştirak edəcək. Tamaşanın quruluşçu rejissoru Cənnət Səlimova, bəstəkarı Cahangir Zülfüqarovdur. Tamaşada Əməkdar artistlər İlqar Cahangirov (Ezop), Gülər Nəbiyeva (Kleya), Nofəl Vəliyev (Ksant), aktyorlar Rövşən Abbasov (Kapitan), İradə Rəşidova (Melita) və Vüsal Mehrəliyev (Həbəş) çıxış edirlər.