«Time» dərgisi dünyanın ən nüfuzlu şəxslərinin növbəti siyahısını dərc edib. Dünyanın 25 ən mötəbər incəsənət xadimləri arasında Mariinsk Teatrının bədii rəhbəri, dirijor Valeri Gergiyev də var. Qeyd edək ki, Rusiyanın ən qədim sənət ocaqlarından olan Mariinsk Teatrında hələ 1957-ci ildə Arif Məlikovun ölməz «Məhəbbət əfsanəsi» baleti tamaşaya qoyulmuşdu. Tamaşaya dirijorluğu isə məhz Valeri Gergiyev etmişdi.   

   Samirə