«Teatr» sözü yunan dilindən tərcümədə tamaşa göstərmək üçün məkan, tamaşa və görürəm, baxıram mənalarını verir. Bütün incəsənət növlərinin sintezi olan teatrda ifadəliliyin əsas daşıyıcısı aktyordur. Məhz aktyor müxtəlif teatr priyomları və formaları vasitəsilə tamaşaçıya səhnədə baş verənlərin mahiyyətini çatdırır. Aktyor heç də həmişə canlı insan olmaya da bilər. Aktyor qismində insanın idarə etdiyi kukla, marionetka və ya hər hansı əşya aktyor kimi çıxış edə bilər. Teatr insana təsir edən ən güclü vasitərdən hesab olunur. Belə ki səhnədə baş verənləri seyr etdikcə tamaşaçı özünü bu və ya digər personajla assosiasiya edir və katarsis sayəsində onun mənəviyyatında dəyişikliklər baş verir.
   Orta əsrlər teatrı latın mədəniyyəti ənənələri çərçivəsində X-XI əsrlərdə meydana gəlib. Lakin o dövr teatrını antik dramın davamı hesab etmək düzgün olmazdı.
   Teatrın qədim forması səmavi dinlərin mərasimləri ilə sıx bağlıdır. Vaxitlə Avropada teatrların - dini ayin tamaşalarının ilkin məkanı kilsə binaları idi. XIII əsrdə tamaşalar meydanlara ayaq açdılar. Tamaşalar üçün ədəbi material rolunu «İncil»dəki əhvalatlar, «Lis haqqında roman», Bokkaççonun novellalarının tərcümələri oynayırdı.
   Ölkəmizə gəlincə, bizdə teatr elementlərini İslamdan əvvəlki dövrdə, şamançılığın vüsət qazandığı tarixi mərhələlərdə tapmaq olar. «Qaragöz» oyunu, «Kilimarası» tamaşaları buna bariz nümunədir. İslam dinində dini mərasimlərdə teatrallaşdırılmış ovqatın varlığını isə danmaq olmaz.
   
   Samirə