Minskdə səfərdə olan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev və ölkəmizin Belarusdakı səfiri Əli Nağıyev Belarus Dövlət Musiqili Teatrının direktoru A.Petroviç ilə görüşüb. Görüşdə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının Belarus Dövlət Musiqili Teatrında səhnələşdirilməsi müzakirə olunub. Layihə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Belarus Mədəniyyət Nazirliyi arasında imzalanmış saziş çərçivəsində həyata keçiriləcək. Operettanın premyerası noyabrın 20-nə nəzərdə tutulub. Baş rolları Azərbaycan səhnə ustaları ifa edəcəklər.