Mayın 27-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “Yatmış iti oyatmayın” (“Ne budite spyaşuyu sobaku”) tamaşası göstəriləcək. Tamaşada tanınmış Latviya və sovet aktyoru İvar Kalnınş da çıxış edəcək. İngilis yazıçısı Con Boynton Pristlinin pyesinin motivləri əsasında rejissor Olqa Şvedovanın quruluş verdiyi detektiv janrlı tamaşada latış aktyoru ilə bahəm Sergey Astaxov, Yelena Korikova, Tatyana Abramova, Vaxtanq Beridze, Tatyana Arntqolts da çıxış edəcəklər.