Misteriya janrı
   
   Orta əsrlər Avropa şəhərlərində həyatın qaynadığı və sosial uyğunsuzluqların kəskinləşdiyi dövr kimi səciyyələnir. Məhz belə bir vaxtda misteriyalar təşəkkül tapmağa başladı. Misteriyaların inkişafının ən gur vaxtı XV-XVI yüzillikləri əhatə edir. Misteriyalar ilk olaraq dini bayramların təntənəli qeyd olunması zamanı göstərilən tamaşalar idi. Bir qədər sonra bu mərasimlər meydanları ələ alan misteriyalar şəklinə düşdü.Və məhz bu zaman ədəbi və səhnə cizgilərinə malik olan orta əsrlər teatr təcrübəsi istifadə olunmağa başladı.
   Misteriyaların təşkilatçıları kilsə təmsilçiləri deyil, bələdiyyə orqanları idi. Müəlliflər qismində isə hüquqşünaslar, teoloqlar çıxış edirdilər. Tədricən misteriya tamaşalarında iştirakçıların sayı yüzə çatmağa başladı. İki yüz ildən artıq müddət ərzində misteriyaların süjetinin əsasını kilsənin təlqin etdiyi əfsanə və rəvayətlər təşkil edib. Beləliklə də misteriyalar Avropanın teatr sənətinin inkişafına təkan verib.
   
   Samirə