Dövlət Yuğ Teatrında Migel de Servantesin “Don Kixot” əsəri əsasında səhnələşdirilmiş “Psix” tamaşasının məşqləri başa çatıb.
   Teatrdan bildiriblər ki, iyunun 5-də premyerası nəzərdə tutulan tamaşanın quruluşçu rejissoru Vaqif İbrahimoğlu, rəssamı Umay Həsənovdur. Əsas rollarda Hikmət Rəhimov, Toğrul Kamalov, İlahə Həsənova, Ruqiyyə Heydərova cıxış edəcəklər.
   
   ...Gənc Tamaşaçılar Teatrı isə «Mavi yuxular»ı
   
   Gənc Tamaşaçılar Teatrının kollektivi iyunun 4-də Şolom Aleyxom və Mark Şaqalın əsəri əsasında hazırlanan «Mavi yuxular» adlı tamaşanı teatrsevərlərə təqdim edəcək. Birhissəli tragikomediyanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Xalq artisti İrina Perlovadır. Tamaşada əsas rolları Əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Leyli Vəliyeva, İlqar Cahangirov, Seyidşah Məmmədov, aktyorlar Şəbnəm Hüseynova, İradə Rəşidova, Kərəm Hadızadə və başqaları ifa edirlər.
   Qeyd edək ki, yaxın zamanda teatr daha bir yeni səhnə əsərilə tamaşaçıların qarşısına çıxacaq.