Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Azərbaycan Dillər Universitetinin alman dilinin fonetikası, qrammatikası və tarixi kafedrasının müəllim və tələbələrinin iştirakı ilə alman dilində səhnələşdirilib.
   Alman-Azərbaycan Mədəniyyət Birliyindən (“Kappelhaus”) bildiriblər ki, iyunun 12-də “Kappelhaus”da göstəriləcək tamaşada əsas rollarda İlham Heybətov, Türkan Əlizadə, Fuad Rzayev, Nurlana Məmmədova, Bayram Kərimov, Vüsalə Baxışova çıxış edəcəklər. Tamaşanın bədii rəhbəri kafedranın müdiri Məlahət Məhərrəmovadır.