Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Həştərxanda keçiriləcək “Xəzərin sahili” II beynəlxalq teatr festivalına dəvət alıb. Teatrdan verilən məlumata görə, festival oktyabr ayında baş tutacaq. Festivalda teatr kollektivinin ifasında Elşad Rəhimzadənin “Oyuq çələngi” və “Zınqırovlu pişik” tamaşası nümayiş olunacaq.