Naxçıvan Muxtar Respublikasının Babək rayonunda fəaliyyət göstərən Xalq Teatrı Bəxtiyar Vahabzadənin “Yollara iz düşür” əsəri əsasında eyniadlı tamaşa hazırlayıb. Tamaşada Xalq Teatrının aktyorları ilə yanaşı, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyasının üzvləri də rol alıblar. Tamaşa iyunun 15-də - Milli Qurtuluş Günündə nümayiş etdiriləcək.