İyunun 10-da Gəncə Dövlət Dram Teatrının səhnəsində əlillərin ifasında “İmkanlar və ümid” adlı tamaşa nümayiş etdirilib. Bu barədə məlumat verən Əlil Qadınlar Cəmiyyəti Gəncə şəhər təşkilatının layihə əlaqələndiricisi Esmira İsmayılova deyib ki, tamaşanın nümayişində əsas məqsəd əlillərin cəmiyyətə inteqrasiyasına kömək göstərməkdir. Tamaşa ictimai baxış xarakteri daşıdığından bir neçə gün əvvəl şəhər sakinlərinə bu barədə ətraflı məlumat verilib.