Abdulla Şaiq adına Dövlət Kukla Teatrı Həştərxanda keçiriləcək “Xəzərin sahili” II Beynəlxalq teatr festivalına dəvət alıb. Teatrın direktoru Rəşad Əhmədzadə bildirib ki, festival bu ilin oktyabrında keçiriləcək. Festivalda teatr kollektivinin ifasında Elşad Rəhimzadənin “Oyuq çələngi” və “Zınqırovlu pişik” tamaşaları nümayiş etdiriləcək.