Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Samsun Dövlət Opera və Balet Teatrının turnesi çərçivəsində Çorumda sənətsevərlərə təqdim olunub. Türkiyə mətbuatının məlumatına görə, bu günədək Tokat, Sivas, Sinop və Kastamonuda böyük həvəslə izlənən operetta çorumlu tamaşaçılar tərəfindən də rəğbətlə qarşılanıb. “Arşın mal alan” Çorumdan sonra Türkiyənin daha yeddi vilayətində - Ordu, Trabzon, Rizə, Artvin, Qars, İqdır və Vanda da səhnələşəcək.